Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Bolton Yerevanda Dağlıq Qarabağdan, AzadlıqRadiosundan nə dedi


John Bolton (sağda) və Harry Tamrazian
John Bolton (sağda) və Harry Tamrazian

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri John Bolton Yerevanda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pashinian-la görüşündə Dağlıq Qarabağ münaqişəsini geniş müzakirə etdiyini deyir. Cənab Bolton bu gün – oktyabrın 25-də AzadlıqRadiosu-nun Ermənistan xidmətinə eksklüziv müsahibəsində qeyd edib ki, münaqişənin həlli üzrə Minsk prosesindən, Birləşmiş Ştatların həmsədr kimi vacib rolundan danışıblar.

“Baş nazirə dedim ki, Birləşmiş Ştatlar, Trump administrasiyası ABŞ-ın Ermənistanla münasibətinə çox yüksək əhəmiyyət verir. Ermənistanla Azərbaycanın münaqişəsinin qarşılıqlı razılaşma əsasında həllinə pərdəarxasından, eləcə də Minsk qrupunun həmsədrlərindən biri kimi nə kömək lazımdırsa, göstərməyə hazırıq. Ortada olan çətinlikləri də anlayırıq. Amma hiss elədik ki, baş nazirin Ermənistanda əla mövqeyi var və bu məsələdə liderlik göstərmək seçkidən sonraya qalır”, – Bolton deyib.

Nikol Pashinian (sağda) və John Bolton
Nikol Pashinian (sağda) və John Bolton

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Milli təhlükəsizlik müşaviri Pashinian ilə Amerikanın Ermənistana birbaşa investisiyası barədə də danışdığını vurğulayıb.

***Buna da bax: Bolton Əliyevlə görüşdə nələri müzakirə etdi

İNQİLABIN GƏLƏCƏYİ VARMI?

Pashinian hakimiyyətə mayda küçə etirazları nəticəsində gəlib. “Bu məxməri inqilabın gələcəyi varmı? Rusiyanın regionda böyük nüfuza sahibi olduğunu bilirik. Ermənistan, Gürcüstan və regiondakı digər ölkələrin suverenliyi sarıdan narahatlıq qalır”. Bolton radionun Ermənistan xidmətinin rəhbəri Harry Tamrazian-ın bu sualını belə cavablandırıb:

Məncə, burada daha sabit demokratiya perspektivləri yüksəkdir. Məncə, Ermənistan üçün tam suverenlik, xarici təsirdən asılı olmamaq çox vacibdir. Düşünürəm ki, burada adamlar daha çox beynəlxalq imkanlar əldə etməlidirlər, tarixi örnəklər onları çərçivəyə salmamalıdır. Birləşmiş Ştatların perspektivindən baxanda, daha çox demokratiya olarsa, Birləşmiş Ştatlarla, eyni dəyərləri paylaşan digər ölkələrlə təmas qurmaq şansları da yüksələr”.

Yerevanın mərkəzində etirazlar, may, 2018-ci il
Yerevanın mərkəzində etirazlar, may, 2018-ci il

John Bolton-un fikrincə, indiki durumda Dağlıq Qarabağ münaqişəsi üzrə tərəfləri qane edən razılaşmanın əldə olunması vacibdir. Çünki bu baş verərsə, Ermənistanın Azərbaycanla, Türkiyəylə sərhədləri açılar.

İranla sərhədin vacib məsələ olduğunu baş nazirə izah etdim. Biz İrana maksimum təzyiq qoyulmasını istəyirik, çünki o, nüvə silahlarından əl çəkməyib. İran beynəlxalq terrorçuluğun əsas bankiri olaraq qalır. Biz onun ballistik raket proqramlarından, Suriyada, İraqda, başqa yerlərdə apardığı əməliyyatlardan narahatıq”, – Bolton vurğulayıb.

Cənab Bolton bir gün öncə Bakıda AzadlıqRadiosu-nun ofisinin 2014-cü ildə qapadılması, əməkdaşlarının bank hesablarına həbs qoyulmasına dair suala cavabında demişdi ki, bu məsələdən xəbəri olsaydı, Prezident İlham Əliyevlə görüşdə müzakirə edərdi.

AZADLIQRADİOSU-NUN MİSSİYASI

Yerevanda isə Bolton AzadlıqRadiosu-nun bir çox mənalarda vacib missiya daşıdığını qeyd edib:

Məncə, bu işə daha artıq resurs sərf edə bilərik. Birləşmiş Ştatların müxtəlif məsələlərə dair mövqeyi barədə maarifləndirmə çox vacibdir... Biz bir çox sahələrdə digər ölkələrin fəal təbliğat kampaniyası ilə üzləşirik. Amma AzadlıqRadiosu-nun missiyası bu deyil. Hadisənin bütün tərəflərinin dediklərini işıqlandırmaq Ameika mediasının ruhundadır. Biz bir ölkə olaraq da beləyik. Düşünürəm ki, bu, bütün dünyada adamlara müzakirə və debatdan qorxmadığımızı göstərir. Amma propaqanda ilə mübarizədə qətiyyətliyik”.

***Buna da bax: Bolton insan haqları barədə: 'Başqa ölkələrə mühazirə oxumuruq'

AzadlıqRadiosu-nun Bakı bürosu 2014-cü ilin dekabrında möhürlənib. Bundan bir qədər öncə isə radionun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl həbs olunub. Bütün ittihamları rədd edən jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Ötən ilin mayında Səbail rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında radionun saytını bloklayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG