Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 04:38

Həmsədrlər gəlir


Nazirlərin Nyu-York görüşü

Gələn həftə (29 oktyabr-4 noyabr) ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənir.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, səfər zamanı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq.

«Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonunadək daha bir görüşünün keçirilməsi nəzərdə tutulub. Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq», - nazir deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda görüşüblər. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə nazirləri arasında ikinci görüş idi.

Sentyabrın 28-də isə Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa söhbət olduğu bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif etdikləri bildirilir.

XS
SM
MD
LG