Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 16:05

Jurnalistin ölümünə rəğmən, Ər-Riyad 50 milyardlıq müqavilə bağlaya bilib


Ər-Riyadda investisiya konfransı

Ər-Riyadda sərmayəçilərin beynəlxalq konfransında Səudiyyə Ərəbistanı neft-qaz və infrastruktur sahəsində ümumi dəyəri 50 milyard dollardan artıq olan 12 böyük anlaşma imzalaya bilib. - «Reuters» ölkə rəsmilərinə istinadla xəbər verir. İqtisadi uğur Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü iddia olunan jurnalist Jamal Khashoggi-nin qətlinin araşdırılması fonunda əldə edilib.

Bununla belə, krallığın Energetika Nazirliyindən konfrans iştirakçılarının sayının əhəmiyyətli dərəcədə azaldığını bildiriblər. Khashoggi-nin öldürülməsinə etiraz olaraq ABŞ-ın və Hollandiyanın maliyyə nazirləri, eləcə də Qərbin 5 böyük bankının rəhbəri Ər-Riyada getməkdən imtina edib. Rusiya, Çin və başqaları isə Səudiyyə Ərəbistanındakı tədbirə qatılıblar. Onların arasında Fransanın «Total» şirkəti də var.

Oktyabrın 24-də bəyan edilib ki, ABŞ Khashoggi işinə görə Səudiyyə Ərəbistanı məmurlarının vizalarını ləğv və onlara qarşı sanksiya tətbiq edə bilər. Türkiyə prezidenti Recep Tayyip Erdoğan müxalif jurnalistin öldürülməsinin düşünülmüş və əvvəlcədən planlaşdırılmış olduğunu bildirib.

Səudiyyə Ərəbistanı bu işlə bağlı 18 nəfəri həbs edib və Khashoggi-nin yaxınlarına başsağlığı verib. Jurnalistin Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğundan qaçmaq istərkən öldürüldüyü ehtimal edilir. O, konsulluğa nikah üçün sənəd almağa gedibmiş. Hadisə oktyabrın 2-də baş verib.

XS
SM
MD
LG