Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:34

Havanın soyuyacağı, qar gözlənir


Yağış

Oktyabrın 25- də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da oktyabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Gecə 12-17, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı düşə bilər. Rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Multimedia

XS
SM
MD
LG