Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:30

İran Səudiyyəni ittiham edir


Esmail Kowsari

İranın aparıcı komandirlərindən biri Səudiyyə Ərəbistanını Tehrana qarşı ABŞ-ın yeni sanksiyalarına qoşulmaqla tanınmış jurnalisti öldürməsindən diqqəti yayındırmağa çalışmaqda suçlayıb.

“Səudiyyə Ərəbistanı asanlıqla çıxa bilməyəcəyi bir çıxmaza düşüb. Səudiyyə rəhbərləri səudiyyəli jurnalist Jamal Khashoggi-nin Türkiyədəki konsulluqlarında öldürülməsindən dünyanın və regionun diqqətini yayındırmağa çalışırlar”, – İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) təhlükəsizlik rəhbərinin müavini, briqada generalı Esmail Kowsari oktyabrın 23-də İranın Mehr xəbər agentliyinə deyib.

“Bu cinayətin bu metodlarla asanlıqla silinməyəcəyini bilməlidirlər. Səudiyyə liderləri hərəkətlərinə görə cavab verməlidirlər”, – Koswari deyib.

Səudiyyənin təhlükəsizlik xidmətləri oktyabrın 23-də elan ediblər ki, İİKK-nın xarici əməliyyatlarına (Qüds qüvvəsi) başçılıq edən Qassem Soleimani qara siyahıya salınır. İİKK-nın digər komandirləri Hamed Abdollahi və Abdul Reza Shahlai da siyahıya daxil edilib.

ABŞ-ın Maliyyə Departamenti 2011-ci ildə Soleimani, Abdollahi və Shahlai-ni Səudiyyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Adel Al-Jubeir-ə qarşı sui-qəsd cəhdinə əlaqəli olmaqda ittiham edib, onlara qarşı sanksiyalar tətbiq olunub.

Səudiyyənin Qüds qüvvəsi rəsmilərinə sanksiyaları ilə eyni gündə Birləşmiş Ştatlar, Səudiyyə və Fars Körfəzinin daha beş ölkəsi bir neçə iranlını qara siyahıya saldığını bildirib. Onların Əfqanıstan Talibanı ilə əlaqəli olduğu bildirilir.

XS
SM
MD
LG