Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:22

Sorosun evinin yanında partlayıcı aşkarlanıb


George Soros

ABŞ rəsmiləri bildirirlər ki, milyarder George Soros-un Nyu York ştatındakı evinin yaxınlığında şübhəli məktub-bomba aşkarlanaraq zərərsizləşdirilib.

Bağlamanı oktyabrın 22-də Sorosun işçilərindən biri poçt qutusunda görüb, dərhal uyğun orqanlara xəbər verib.

Sonradan bombanın yaxınlıqdakı meşədə zərərsizləşdirildiyi bildirilir.

“The New York Times” yazır ki, Soros insident zamanı evində olmayıb. Hadisəni hazırda Federal Təhqiqat Bürosu araşdırır.

88 yaşlı biznesmen və xeyriyyəçi Soros Macarıstanda doğulub, dünyada demokratiya və insan haqlarının təbliğinə milyardlar xərcləyib. O, ABŞ-da Demokrat Partiyasının donorlarındandır.

Ancaq o, Birləşmiş Ştatlarda və başqa ölkələrdə ifrat sağçı kampaniyaların, həmçinin Macarıstanda millətçi hökumətin media kampaniyasının hədəfinə çevrilib.

XS
SM
MD
LG