Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:13

Məktəbdə partlamamış sursatlar


Mina

Bakının Yasamal rayonundakı 175 saylı məktəbin zirzəmisində xeyli sayda partlamamış sursat aşkar edilib.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 22-də Daxili İşlər Nazirliyinin «102» xidməti-zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən onlara Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

«Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar ediblər», - məlumatda vurğulanır.

Məlumata görə, sursatlar götürülərək zərərsiz hala gətirilmələrindən ötrü agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Multimedia

XS
SM
MD
LG