Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Rusiya rəsmisi: ABŞ növbəti ittihamla Rusiyaya qarşı yeni sanksiyalara bəhanə axtarır


Arxiv
Arxiv

Rusiyanın xarici işlər nazirliyi bəyan edib ki, ABŞ növbəti ittihamla Rusiyaya qarşı yeni sanksiyalara bəhanə axtarır.

“İnterfaks" ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov, Vaşinqtonun, rusiyalı qadın Elena Khusyaynova-nı ABŞ-dakı aralıq seçkilərə qarışmağa cəhddə ittiham etməsinə münasibət bildirərkən deyib.

ABŞ prokurorları Elena Khusyaynova-nı ABŞ seçkisinə müdaxiləyə cəhddə iitiham edirlər.

Bu, gələn ay keçiriləcək mövsümarası seçkiyə müdaxilə cəhdi ilə bağlı ilk belə ittihamdır.

Prokurorlar oktyabrın 19-da Virciniya ştatının Aleksandriya şəhərinəki federal məhkəməyə ittihamnamə təqdim ediblər.

İttihamnamədə Elena Khusyaynova “Laxta layihəsi” adlı əməliyyat keçirməkdə günahlandırılır.

Sənəddə deyilir ki, bu əməliyyat Kremllə sıx bağları olan Sankt PeterburqLU biznesmen tərəfindən maliyyələşdirilir.

Və məqsəd “Birləşmiş Ştatlara qarşı informasiya müharibəsi” aparmaq və amerikalı namizədlərə, habelə ümilikdə ABŞ-ın siyasi sisteminə etimadsızlıq yaratmaqdır, sənəddə deyilir.

Bu layihəni maliyyələşdirənin Sankt Peterburqdan olan iş adamı Yevgeny Prigozhin olduğu ehtimal olunur.

ABŞ-ın xüsusi prokuroru Robert Mueller ilin əvvəllərində Prigozhin-ə qarşı ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittiham irəli sürüb və onun barəsində cinayət işi qaldırıb.

Buna da bax: Rusiyalı qadın ABŞ seçkisinə müdaxilə cəhdində ittiham edilir.

Noyabrın 6-da keçiriləcək seçkidə ilk növbədə respublikaçıların Nümayəndələr Palatası və Senatda çoxluğu saxlayıb-saxlaya bilməyəcəyini müəyyən edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG