Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Rusiyalı qadın ABŞ seçkisinə müdaxilə cəhdində ittiham edilir


Birləşmiş Ştatların prokurorları bir rusiyalı qadını ABŞ seçkisinə müdaxiləyə cəhddə iitiham edirlər. Bu, gələn ay keçiriləcək mövsümarası seçkisinə müdaxilə cəhdi ilə bağlı irəli sürülən ilk belə ittihamdır.

Oktyabrın 19-da Virciniya ştatının Aleksandriya şəhərinəki federal məhkəməyə təqdim etdikləri ittihamnamədə prokurorlar Elena Khusyaynova-nı “Laxta layihəsi” adlı əməliyyatı həyata keçirməkdə ittiham edirlər. İttihamnamədə deyilir ki, bu əməliyyat Kremllə sıx bağları olan Sankt Peterburq biznesmeni tərəfindən maliyyələşdirilir.

İttihamnamədə deyilir ki, sözü gedən layihədən məqsəd “Birləşmiş Ştatlara qarşı informasiya müharibəsi” aparmaq və amerikalı namizədlərə, habelə ümilikdə ABŞ-ın siyasi sisteminə etimadsızlıq yaratmaqdır.

Məhkəməyə şikayət qaydasında verilmiş ittihamnamədə deyilir ki, Khusyaynova 2014-cü ilin aprelindən bəri Laxta layihəsinin mühasibi vəzifəsində çalışıb.

Bu layihəni maliyyələşdirənin Sankt Peterburq biznesmeni Yevgeny Prigozhin olduğu düşünülür. Bu ilin əvvəllərində ABŞ-ın xüsusi prokuroru Robert Mueller Prigozhin-ə qarşı ABŞ seçkilərinə müdaxilə ittihamı irəli sürüb və onun barəsində cinayət işi qaldırıb.

Mueller onu və onun Concord Management və Concord Catering adlı iki şirkətini, habelə daha 12 rusiyalını Donald Trump-ın namizədliyinə dəstək və əksinə onun rəqibi Hillary Clinton-a qarşı gözdənsalma kampaniyası aparmaqda ittiham edib.

Khusyaynova və Prigozhin-in hazırda Rusiyada olduqları bildirilir və buna görə də onların ABŞ məhkəməsi qarşısına çıxarılması ehtimalı azdır.

Noyabrın 6-da keçiriləcək seçki ilk növbədə respublikaçıların Nümayəndələr Palatası və Senatda say üstünlüyünü saxlayıb-saxlaya bilməyəcəyi məsələsini müəyyən edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG