Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:09

İran gəmisinin heyətində 3 şəxs ölüb


İran gəmisi. Foto arxiv

Azərbaycan Səhiyyə Nazirliyindən verilən məlumata görə, İrana aid «Nazmehr» quru yük gəmisinin 12 heyət üzvü zəhərlənib.

«Turan» agentliyinin xəbərinə görə, gəmi Xəzər dənizində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edirmiş.

Nazirlik bildirir ki, həkim briqadası gələnə kimi gəmi heyətindən 3 nəfər vəfat edib. 7 nəfər isə Bakıda 1 Saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Mətbuat xidmətinin məlumatına görə, kapitan gəmini tərk edərək xəstəxanaya köçürülməkdən imtina edib, ona gəmidə tibbi müalicə göstərilir.

Gəmidə olan digər heyət üzvünün zəhərlənmə dərəcəsi yüngül olub.

Nazirlikdən bildiriblər ki, zəhərlənənlər və ölənlər İran vətəndaşlarıdır.

Zəhərlənmənin səbəbi hələ ki, tam müəyyən olunmayıb. Amma ehtimal edilir ki, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə ola bilər.

Oktyabrın 18-də Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olduğu bildirilir.

Azərbaycan sərhəd-gözətçi gəmisi oktyabrın 18-dən 19-na keçən gecə «Nazmehr» yük gəmisinə yan alaraq ağır vəziyyətdə olan 7 nəfər heyət üzvünü qəbul edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsindən ötrü limana həkim briqadaları cəlb olunub.

Multimedia

XS
SM
MD
LG