Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Ara Guler 90 yaşında vəfat edib


Ara Guler İstanbulda öz adını daşıyan muzeydə

Əfsanəvi erməni əsilli türkiyəli fotoqraf Ara Guler 90 yaşında dünyasını dəyişib. O, İstanbul fotoları ilə məşhurlaşmışdı, “İstanbulun gözü” ləqəbini qazanmışdı.

Guler bu şəhərin, demək olar, 75 illik tarixini qeyri-adi ağ-qara fotoları ilə əbədiləşdirmişdi.

Türkiyədən beynəlxalq miqyasda tanınmış fotoqraflardan olan Guler oktyabrın 7-də İstanbulda bir klinikada ürək çatışmazlığından dünyasını dəyişib. Xəbəri Anadolu dövlət xəbər agentliyi yayıb.

Etnik erməni olan Guler 1958-ci ABŞ-ın “Time-Life” jurnalı tərəfindən işə götürüləndən sonra beynəlxalq miqyasda tanınmağa başlayıb.

Onun fotoları Paris Match, Stern, Sunday Times kimi dərgilərdə nəşr olunub.

Guler karyerası boyunca Winston Churchill, Indira Gandhi, Marlon Brando, Sophia Loren, Salvador Dali, Federico Fellini, Pablo Picasso və digər tanınmışların da fotolarını çəkib.

Onu son aylar İstanbulun mərkəzindəki “Ara Cafe”sində tez-tez görmək olurdu. Bu kafe onun fotoları ilə bəzədilib.

Avqustda İstanbulda onun adını daşıyan fotoqrafiya muzeyi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG