Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:10

Sürüşmə zonasında uçqunlar artıb


Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı

«Hasar istiqamətində uçqunların artımı qeydə alınıb, amma evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur».

Bunu «Turan» agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı Qərargahdan bildiriblər.

Qərargahdan verilən məlumata görə, monitorinqlər oktyabrın 18-i səhər saatlarından etibarən Badamdar sürüşmə sahəsində gərginliyin davam etdiyini göstərir.

«Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib, ərazidə gərginlik qalmaqdadır», - deyə Qərargahdan vurğulayıblar.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə və Bakının mərkəzində də sürüşmə halları baş verib.

Multimedia

XS
SM
MD
LG