Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:12

Komitədən 'Yehovanın Şahidləri' açıqlaması


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

«Yehovanın Xristian Şahidləri» Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş olub.

Bu barədə Komitənin oktyabrın 17-də yaydığı məlumatda bildirilir.

Yayılan məlumata görə, Komitənin sədr müavini Səyavuş Heydərov qonaqlara ölkədəki dini durum, tolerantlıq mühiti barədə məlumat verib, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

Məlumatda vurğulanır ki, S.Heydərov bəzi beynəlxalq hesabatlarda adıçəkilən icmanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılması barədəki fikriləri «qeyri-obyektiv» adlandırıb. O, belə informasiyalarla bağlı obyektiv olmağı tövsiyə edib.

Son illər Azərbaycanda dini vəziyyətə aid bir sıra beynəlxalq hesabatda «Yehovanın Şahidləri» dini icmasına qeydiyyat, toplaşmaq və bəzi başqa məsələlərlə bağlı maneələrin yaradılmasından bəhs edilib.

«Yehovanın Şahidləri» dini icmasının üzvü Kamran Mirzəyev isə Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib. Həmin şikayətlə bağlı 2017-ci ildə kommunikasiya da başlayıb. O, Azərbaycanda hərbi xidmətdən yayınması ilə bağlı 9 ay həbs cəzası almasından şikayət verib. Azərbaycanda bu icmanın başqa 7 üzvünün AHİM-ə göndərdiyi və ötən il araşdırılmağa başlanan şikayət isə birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindəndir. Həmin şəxslər də bildirib ki, Komitə onlara bəzi dini ədəbiyyatın ölkəyə gətirilməsinə imkan vermir.

XS
SM
MD
LG