Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:09

Pompeo Erdogan-la görüşüb


Mike Pompeo Recep Tayyip Erdogan-la görüşür

ABŞ-ın Dövlət katibi Mike Pompeo oktyabrın 17-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan və Xarici işlər naziri Mevlut Cavusoglu ilə görüşüb, iki həftə öncə İstanbulda səudiyyəli jurnalistin yoxa çıxmasını müzakirə edib.

Səudiyyə rəhbərliyinin tənqidçisi olan Jamal Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluğa girib, o vaxtdan onu görən olmayıb.

Türkiyəyə Səudiyyə Ərəbistanından gedən Pompeo Ankarada aeroportda Cavusoglu və Erdogan-la ayrı-ayrılıqda 40 dəqiqəlik görüşlər keçirib.

Cavusoglu görüşlər barədə detallı bilgi verməsə də, onları “faydalı” adlandırıb.

Pompeo jurnalistlərə açıqlama verməyib. Amma Dövlət Departamentinin bəyanatında deyilir ki, o, bir daha Türkiyəyə jurnalistin yoxa çıxmasının araşdırılmasına Birləşmiş Ştatların yardımını təklif edib.

Oktyabrın 16-da Pompeo Səudiyyə Kralı Salman, vəliəhd şahzadə Muhammad-lə görüşüb. Onlar Khashoggi-nin tənqidinin əsas hədəfləri idilər.

Türkiyə polisi həmin gün konsulluqda səkkiz saatlıq araşdırma aparıb, DNT nümunələri götürüb. Amma konsulun iqamətgahında gözlənən axtarış, hələlik, baş tutmayıb.

Türkiyənin hökumət mediası oktyabrın 17-də jurnalistin Səudiyyədən göndərilmiş sui-qəsd dəstəsi tərəfindən hissə-hissə parçalanmasına dair iddiaları dərc edib.

Hakimiyyətin Khashoggi-nin konsulluqda qətlə yetirilməsinə dair səsyazısına malik olmasıyla bağlı iddialar da mediada yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG