Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 04:37

Azərbaycandan daha çox İrana gediblər


Astara gömrüyündə basabas
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Astara gömrüyündə basabas. Video arxiv-2017

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 193 ölkədən 2 mln. 208.6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.4 faiz çoxdur.

«Gələnlərin 31.2 faizi Rusiya Federasiyası, 19.8 faizi Gürcüstan, 10 faizi Türkiyə, 9.2 faizi İran, 3.3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3 faizi Səudiyyə Ərəbistanı, 2.7 faizi İraq, 2 faizi Ukrayna, 1.5 faizi İsrail, 17.2 faizi digər ölkələrin vətəndaşlarıdır. 0.1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir», - məlumatda yazılıb.

Gələnlərin 65.3 faizini kişilər, 34.7 faizini isə qadınlar təşkil edib.

Hesabat dövründə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib: «Ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2.2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2.1 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1.7 dəfə, İraq vətəndaşlarının sayı 14.4 faiz, Oman vətəndaşlarının sayı 7.6 faiz artıb. İrandan gələnlərin sayında 32.7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6.7 faiz azalma müşahidə edilib».

Hesabat dövründə Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında da artım var.

2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da artıb. DSK bu rəqəmi 3 mln. 562,9 min nəfər (14.1 faiz artım) göstərir: «Ölkə vətəndaşlarının 30.7 faizi İrana, 30.3 faizi Gürcüstana, 19.4 faizi Rusiya Federasiyasına, 13.2 faizi Türkiyəyə, 1.6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3.8 faizi isə digər ölkələrə gedib. Səfər edənlərin 66.4 faizi kişilər, 33.6 faizi isə qadınlar olub».

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53.2, Gürcüstana gedənlərin sayı da 2.7 faiz artıb. Rusiya (1.4 faiz) və Türkiyəyə gedənlərin sayı isə (1.3 faiz) azalıb.

Yerli mətbuatda yazılanlara görə, Azərbaycandan İrana insanlar daha çox orada bəzi ərzaq məhsulları ucuz olduğundan alış-verişə və müalicəyə gedirlər.

Multimedia

XS
SM
MD
LG