Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Bayıldan yeni sürüşmə xəbərləri gəlir


Bayılda vəziyyət ağır olaraq qalır
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

Bayılda vəziyyət ağır olaraq qalır. Video arxiv

Rəsmi qurumlar Bayıl qəsəbəsində başqa ərazilərdə də sürüşmə baş verməsi haqqında məlumatlara münasibət bildiriblər.

«Oktyabrın 17-də Bayıldan «Bibiheybət» məscidi istiqamətinə gedən köhnə yolda uçqun, sürüşmə və ya istinad divarının uçması baş verməyib».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov «Turan»a bildirib. Amma onun sözlərinə görə, həmin istiqamətdə istinad divarına vurulmuş bəzi yerlərdə üzlük daşları tökülüb.

«Bu, texniki məsələdir, yəni bundan başqa hər hansı hadisə qeydə alınmayıb», - ekspedisiya rəisi vurğulayıb.

Bununla belə Ə.Qaralov bildirib ki, oktyabrın 17-də Bayıl buxtası, 9 ünvanında yerləşən fərdi ev uçub: «Bu, 2018-ci ilin yazında Bayıldakı 16-mərtəbəli binanın arxasında yerləşən küçədəki həyət evlərindən biridir. Bu ilin yazında orada sürüşmə oldu, amma bu uçma nəticəsində xəsarət alan olmayıb».

Xatırlatma

Son illər Bayılın müxtəlif ərazilərində tez-tez sürüşmə hadisələri baş verir. 2017-ci ilin noyabrında isə Bayıl yamacında «Teleqüllə» yaxınlığında sürüşmə olmuşdu. 4 ev tamamilə dağılmış və bəzi evlərdə çatlar yaranmışdı. Ailələr həmin ərazidən təxliyə edilmiş və onlara kirayə haqlarının verilməsinə başlanmışdı.

Ötən həftə, oktyabrın 10-da isə Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə sürüşmə baş verib.

Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakinləri həmin sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

XS
SM
MD
LG