Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:14

Yağış sürüşməni sürətləndirə bilər


Bakıda böyük sürüşmə təhlükəsi - ekspert xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:05:55 0:00

Bakıda böyük sürüşmə təhlükəsi - ekspert xəbərdarlıq edir

«Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqda davam edir». Bunu «Turan» agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov oktyabrın 16-dan 17-nə keçən gecə yağış yağmasını vurğulayaraq, bunun sürüşmə və uçqunları sürətləndirəcəyi haqqında ehtimalları gücləndirdiyini söyləyib: «Bütünlükdə isə, gərginlik qalmaqdadır, yağış sürüşmə intensivliyinə təsir göstərə bilər. İndiki halda ərazidə hər hansı geoloji tədqiqat işi aparmaq mümkün deyil. Proses tam sabitləşdikdən, tədqiqat aparıldıqdan sonra ümumi bir qənaətə gəlmək olar».

Ekspedisiya rəisi bildirir ki, ilk növbədə kanalizasiya xətti qaydasına salınmalıdır: «Tutaq ki, indi proses sabitləşdi, bu 3-5 ildən sonra yenidən özünü göstərə bilər. Odur ki, kanalizasiya xətti çəkilməsi zərurətdir».

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Mərkəzindən də sürüşməyə əsas səbəb kimi bu ərazidə kanalizasiya xəttinin olmaması, çirkab sularının torpaq səthiylə axaraq onun dayanıqlığını sıradan çıxarması göstərilib.

Mərkəzdən bildiriblər ki, ərazidə sürüşmənin intensivliyini, dərinliyini, dinamikasını öyrənməkdən ötrü aparatlar quraşdırılıb.

Bu mərkəzdə də hesab edirlər ki, yağış ərazidə sürüşmənin sürətlənməsinə səbəb ola bilər.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb.

Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib.

Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Multimedia

XS
SM
MD
LG