Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:39

Neft Fondunun vəsaitləri 8 faiz artıb


Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondu (ADNF) bildirir ki, 2018-ci ilin yanvar–sentyabr aylarında onun büdcə gəlirləri 14 milyard 437.2 milyon, büdcə xərcləri isə 8 milyard 5.9 milyon manat təşkil edib.

Gəlirin 13 milyard 441.6 milyon manatı neft və qaz sazişlərinə aiddir. Qalan gəlir vəsaitlərinin idarə olunmasından və başqa sahələrdən əldə edilib.

Hesabat dövrü ərzində 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 788 milyon manat dövlət büdcəsinə transfert olunub.

Habelə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138.6 milyon manat ayrılıb. Bundan başqa, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41.7 milyon manat, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin maliyyələşdirilməsinə də 16.7 milyon manat vəsait verilib. 5 milyon manat da «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı da ADNF-nin büdcədənkənar xərci 968.7 milyon manat təşkil edib.

2018-ci il oktyabrın 1-ə ADNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806.5 milyon ABŞ dolları) nisbətən 8.88 faiz artaraq 38 milyard 987.7 milyon ABŞ dollarına bərabər olub.

Xatırlatma

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 140 milyard dollar yaxın vəsait daxil olduğu deyilir.

Multimedia

XS
SM
MD
LG