Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Döyüşlərdə həlak olanların sığorta puluna görə şikayətlər-Media icmalı


Bakının ən təhlükəli 10 yolu
Gözlə

No media source currently available

0:00 0:05:46 0:00

Bakının ən təhlükəli 10 yolu

İqtisadi təhlükəsizlik, Bakı kəndlərində ictimai nəqliyyatın durumu, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə birdəfəlik ödənişlərin verilməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Pul da gedir, can da»

Bizimyol.info saytında «BNA-nın məhəccərləri işə yaramadı: «Koroğlu»da xaotik vəziyyət hökm sürür» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) metronun «Koroğlu» stansiyası yaxınlığında avtomobil xaosunu aradan qaldırmaqdan ötrü tədbirlər görüb, amma bu elə bir nəticə verməyib.

Müəllif vurğulayıb ki, «Koroğlu» stansiyası yaxınlığından Bakı kəndlərinə gedən istiqamətdə yoldan avtobus dayanacağı kimi istifadə etməyə bir müddətdir ki, qadağa qoyulub. Sərnişin sıxlığı nəzərə alınaraq avtobusların hərəkəti digər çıxışda quraşdırılan dayanacağa köçürülüb. Üstəlik, Agentlik orada məhəccərlər quraşdırıb. Amma sərnişinlər həmin məhəccərlərə də məhəl qoymadan yüksəksürətli yola çıxırlar, bu da çoxsaylı yol qəzalarına səbəb olur.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı da sayta deyib ki, günün istənilən vaxtında orada xaos hökm sürür: «Əgər orda dayanmaq qadağandırsa, polis buna icazə verməməlidir. Düşünürəm ki, həmin ərazini yenidən müayinə etmək lazımdır».

Ekspert hesab edir ki, bu duruma görə məsuliyyət BNA-nin üzərində qalır. Onun fikrincə, sərnişinlərin vəziyyəti başadüşüləndir, onlar evlərinə getməlidir: «Əgər sərnişin həyatını riskə, təhlükəyə ataraq gəlib orada taksilərə minirsə, demək avtobus qıtlığı var. Kim istəyər ki, 30 qəpiklik avtobusu qoyub 2 manat taksiyə pul versin?!».

Üstəlik də, dəmir və beton arakəsmələrin üzərindən keçib yolun hərəkət hissəsinə çıxdığından vətəndaşlara qanuna görə, 40 manat cərimə yazıla bilər.

Milli Məclisin qarşısında «sığorta aksiyası»
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Sığorta puluna görə şikayətlər...

Qafqazinfo.az saytında «Deyirlər, pulu ərin alıb, o da oğlumdan qabaq ölüb, vərəsələr narazıdır» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, ötən həftədən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin ərazi bütövlüyü uğrunda həlak olan insanların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb.

Yazıda bildirilir ki, Dövlət Sığorta Kommersiya Şirkəti və bir sıra dövlət qurumlarının təqdim etdiyi siyahılar əsasında 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirilir.

Müəllifin qeyd etməsinə görə, vərəsələr uyğun saytda hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər: «Məlum olub ki, bir sıra ailələr vərəsə olduqları hərbi qulluqçunun ad-soyadını sayta axtarışa verəndə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar».

Yazıda vurğulanır ki, amma həmin ailələrin bəziləri daha əvvəl hər hansı bir ödəniş almadığını iddia edirlər.

«Mənə dedilər ki, o vaxt sığorta ödənişini ərim alıb. Ərim isə 1991-ci ildə vəfat edib, oğlum isə ondan 6 il sonra, yəni 1997-ci ildə şəhid olub. İndi mənə izah etsinlər görüm, bu, necə mümkün ola bilər?», - deyə Səlminaz Allahyarova Qafqazinfo-ya bildirib.

Müəllif yazıb ki, daha bir şikayət Qazax rayonunun Ürkməzli kəndindən daxil olub. Şikayətçi Vasif Nəsirov bildirib ki, qardaşı Saqif Nəsirov 1993-cü ildə Ağdərə döyüşlərində həlak olub. Onun deməsinə görə, həmin kənddə qardaşından başqa ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəxs yoxdur.

Şikayətçi vurğulayıb ki, Dövlət Sığorta Kommersiya Şirkətindən onlara cavab veriblər ki, hərbi qulluqçunun vərəsəsinə (vərəsələrinə) müvafiq sığorta ödənişi edilib. Amma ailə belə sığorta ödəməsini almadığını bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə sayta deyiblər ki, vərəsələr nazirliyə rəsmi müraciət etdiyi təqdirdə bu kimi şikayətlər araşdırılır.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

İqtisadi təhlükəsizlik

«Azərbaycan» qəzetində «İqtisadi təhlükəsizlik inkişafın əsas şərtidir» sərlövhəli yazı dərc edilib.

Yazıda xatırlanır ki, 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunları və qarşıdakı vəzifələrlə bağlı oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə həmin iclası qəzetə dəyərləndirərək deyib ki, ötən illər ərzində Azərbaycan inkişaf tempini qoruyub saxlaya, öz iqtisadiyyatını gücləndirə bilib. Komitə sədrinin fikrincə, Azərbaycan bölgənin sabitlik və təhlükəsizlik adasına çevrilib: «Bu cür iclasların keçirilməsi çox əhəmiyyətlidir. Çünki bu iclaslarda ölkənin daha da irəliyə getməsi, sabitliyini, təhlükəsizliyini, inkişafını dayanıqlı etməsi yolunda konkret hədəflər müəyyən olunur. Bu dəfə də belə oldu».

Komitə sədrinin deməsinə görə, iclasda səslənən fikirlər bir daha göstərib ki, müstəqil Azərbaycan dövlətinin apardığı siyasət xalqın maraqlarına, dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.

Z.Səmədzadə iclasda deyilənləri təhlil edərək vurğulayıb ki, ölkədə sivil dövlətlərə xas ticarət sistemi formalaşıb, qarşıya qoyulan hədəflərə nail olunub, qlobal dünyada baş verən risklərə baxmayaraq, iqtisadiyyat inkişaf edib.

XS
SM
MD
LG