Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:50

Etimad Əsədov vəfat edib


E.Əsədov

«Qarabağ qaziləri» İctimai Birliyinin sədri, 1-ci qrup əngəlli Etimad Əsədov oktyabrın 16-sı səhər vəfat edib. Bu barədə AzadlıqRadiosuna E.Əsədovun yaxın dostlarından Rey Kərimoğlu bildirib.

R.Kərimoğlunun deməsinə görə, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi, hətta bir dəfə əməliyyat olunmuşdu.

Etimad Əsədov kimdir

E.Əsədov 1963-cü il dekabrın 20-də Ağdam rayonunun Paprəvənd kəndində doğulub.

1982-84-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə Azərbaycana qayıdıb. Ağdam Ərazi Özünümüdafiə Batalyonunda xidmət edib. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə «Qarabağ qaziləri» İctimai Birliyinin sədri idi. Ali təhsil almışdı.

Azərbaycanda ən kütləvi aclıq aksiyanın təşkilatçısı

2001-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən Qarabağ Əlillər Cəmiyyəti ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət alan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlara ayrılan təqaüdlərin artırılması və ləğv olunmuş imtiyazlarının bərpası tələbiylə aclıq aksiyasına başlamışdılar. Aksiyaya Bakıdakı baş qərargah da daxil olmaqla cəmiyyətin əksər rayon təşkilatlarının ümumilikdə bir neçə yüz üzvü qoşulmuşdu. Cəmiyyətin fəallarının aksiyası fevral ayının 23-nə qədər davam edib . Bu, Azərbaycan tarixində ən kütləvi və uzunmüddətli aclıq aksiyalarından biri hesab olunur. O zaman hökumətin buna reaksiya vermədiyini görən cəmiyyət fəalları sonda sudan da imtina edərək, ölüm aclığına keçdiklərini bəyan ediblər və yalnız bundan sonra rəsmilər hadisəyə müdaxilə ediblər. Müdaxilə nəticəsində aksiyaya qoşulan cəmiyyət fəallarından bir qrupu həbs edildi. Qarabağ Əlillər Cəmiyyəti də ləğv olundu.

E.Əsədov 2003-cü il prezident seçkisindən sonra həmin hadisələrlə bağlı bir müddət həbs həyatı da yaşayıb.

Multimedia

XS
SM
MD
LG