Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:22

Prezident Astara və Lerikdə


İ.Əliyev

Oktyabrın 15-də prezident İlham Əliyev Lənkəran rayonundan sonra Astara rayonuna səfər edib.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

Ölkə başçısına Astarada son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Daha sonra İ.Əliyev «Astara şəhərinin içməli su təchizatı sistemləri» layihəsinin başa çatması münasibətilə keçirilən mərasimə qatılıb.

Mərasimdə bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və 4300 su sayğacı quraşdırılıb.

İ.Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə də tanış olub.

Prezident daha sonra Lerik rayonuna gedib və orada da bir sıra obyektlərin açılışında iştirak edib.

İ.Əliyev oktyabrın 15-də cənub bölgəsinə səfərə edib. Ölkə başçısı günün birinci yarısında Lənkəran rayonunda bir sıra obyektlərin açılışına qatılıb.

Astara sakini: 'Prezidenti bizdən gizlədirlər'

Bu gün, oktyabrın 15-də prezident İlham Əliyev Azərbaycanın cənub rayonlarına səfər edib.

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, prezidentin keçəcəyi yollar səhər saatlarından nəzarət altında olub.

Astara şəhərinin Heydər Əliyev prospektinə çıxış yollarında da polislər keşik çəkiblər. Prospektdə olan mağazalar bağlanıb. Nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş istiqamətlərə buraxıblar. Mərkəzi bazarın prospektə olan çıxışı bağlanıb. Avtomobillər yolda hərəkət etsələr də, onların yaxın ərazilərdə saxlanmasına imkan verilməyib. Hətta həmin saatlarda çörək almaq istəyənlər belə evə əliboş dönməli olublar.

Yaşlı bir sakin bu vəziyyətdə narazılığını gizlətməyib: «Bəlkə mən prezidentimi görmək istəyirəm. Nə üçün belə hərəkət edirlər? Prezidenti bizdən gizlədirlər. Bəlkə birinin dərdi var? Heç olmasa, uzaqdan baxaq...».

Prezident Olimpiya İdman Kompleksinin açılışında

Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Lənkəran İstisu və Sağlamlıq Mərkəzi kompleksinin açılışında iştirak edib.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb.

Orada habelə bildirilib ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Prezident İ.Əliyev daha sonra Lənkəran Olimpiya İdman Kompleksinin açılışına da qatılıb.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Habelə vurğulanıb ki, dövlət başçısının sərəncamı ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Ancaq tikintinin başlanğıcından çəkilən xərc açıqlanmayıb.

Prezident Lənkərana gedib

Oktyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Lənkəran rayonuna səfər ediblər.

AZƏRTAC-ın xəbərinə görə, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezidentin rayonda bir sıra obyektlərin açılışında iştirak edəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG