Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:25

Azərbaycan əlverişli şansı əldən verdi


UEFA Millətlər Liqası

Oktyabrın 14-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Azərbaycan IV tur çərçivəsində Bakı Olimpiya Stadionunda Maltanı qəbul edib. Görüş II turda Maltada olduğu kimi, yenə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı əvvəlcə qonaqlar açıb. Azərbaycan futbolçularının gücü isə yalnız bərabərlik qoluna çatıb.

Qrupun digər matçında da Kosovo səfərdə Farer adaları ilə 1:1 hesablı heç-heçə edib.

Beləliklə, Azərbaycan yığması əsas rəqibinin xal itkisindən yararlana bilməyib və qrupda liderlik şanslarını qalan iki tura saxlayıb. Hazırda Kosovo 8 xalla 1-ci, Azərbaycan 6 xalla 2-ci, Farer adaları 4 xalla 3-cüdür. Malta isə 2 xalla sonuncu yerdədir.

Xatırlatma

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir. Çünki 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-nün vəsiqəsi UEFA Millətlər Liqasında əldə edilməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020-nin seçmə mərhələsində oynanılacaq.

Multimedia

XS
SM
MD
LG