Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:55

Azərbaycan, Rusiya və İranın enerji müzakirələri


Bakı

Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsi ilə bağlı danışqılara start verilib.

AZƏRTAC-ın oktyabrın 13-də yaydığı məlumatına görə, Moskvada Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupun ilk iclası keçirilib.

Görüşdə Azərbaycan nümayəndə heyətinə energetika nazirinin müavini Natiq Abbasov, İran nümayəndə heyətinə isə energetika nazirinin müavini Homayun Xayeri rəhbərlik edib. Müzakirələrin Rusiya energetika nazirinin müavini Anatoli Yanovskinin sədrliyi ilə aparıldığı bildirilir.

Danışıqların əsas mövzusu üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin ümumi modelinin və əsas aspektlərinin razılaşdırılması olub.

“İclasın yekunlarına əsasən tərəflər bu qənaətə gəliblər ki, əlaqədar tərəflər üç ölkənin birləşdirilmiş enerji şəbəkəsində elektrik enerjisi ticarətinə dair konkret təkliflər hazırlanmasını sürətləndirməlidirlər. 2019-cu ildə İrana sınaq rejimində elektrik enerjisi göndərilməsi imkanını nəzərdən keçirməlidirlər”, məlumatda vurğulanır.

Multimedia

XS
SM
MD
LG