Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:55

Badamdar şosesində torpaq sürüşüb


Bayılda yenə sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bayılda yenə sürüşmə olub (Video arxiv. 2018)

Bakıda «20-ci sahə» ərazisindəki dairədən Badamdar yoluna çıxışda torpaq sürüşməsi baş verib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov «Turan» agentliyinə bildirib: «Amma orada gərginlik çoxdan var idi. Bir sıra mütəxəssislər sürüşmənin olacağını ehtimal edirdilər. Oktyabrın 1-də həmin ərazidə olduq, müşahidələr apardıq, bu barədə rəsmi qurumlara məlumat verdik. Bəzi yerlərdə istinad divarından aralanmalar var idi...».

Ə.Qaralov deyir ki, həmin ərazidə 2012-ci ildə də sürüşmə baş verib.

Ekspedisiya rəisi vurğulayır ki, sürüşmə oktyabrın 12-nə keçən gecə baş verib, həmin ərazidə fərdi evlər yoxdur.

Səbail Rayon İcra Hakimiyyətinin 8 evə xəbərdarlıq etməsi ilə bağlı məlumatlara gəlincə, Ə.Qaralov deyib ki, həmin evlər sürüşmə ərazisinə yaxındır.

Rəis vurğulayıb ki, Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti olaraq orada nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG