Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 17:28

ABŞ-ın BMT-dəki səfiri olmaq ‘istəmir’


ABŞ-ın Müdafiə naziri James Mattis və Dina Powell (sağda) ər-Riyadda, 2017-ci il

Birləşmiş Ştatların BMT-dəki səfiri postuna namizədliyi verilmiş şirkət rəsmisi namizədliyini geri götürüb. Bu haqda media yazır.

Goldman Sachs şirkətinin menecment komitəsinin üzvü olan Dina Powell namizədliyini geri çəkib. Xəbəri AP və Reuters adını çəkmədiyi rəsmilərə istinadla yayıb.

Agentliklərin yazmasına görə, Powell telefonla Prezident Donald Trump-a deyib ki, namizədliyinin nəzərdən keçirilməsindən şərəf duyur, amma Uol Stritdəki vəzifəsində qalmaq istəyir.

Daha öncə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley idi. Haley bu həftə – oktyabrın 110-da gözlənilmədən istefaya getmək istədiyini açıqladı.

Powell vaxtilə Trump administrasiyasında milli təhlükəsizlik müşavirinin müavini kimi çalışıb.

Trump BMT-dəki vəzifəyə Powell-in də namizədliyinə baxıldığını açıqlayıb.

Amma Reuters yazırdı ki, Ağ evdə Powell-in dönüşünə qarşı çıxanlar var. Hətta administrasiyanın bəzi aparıcı rəsmiləri onun açıqlamasından öncə demişdilər ki, namizədliyi daha gündəmdə deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG