Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Azərbaycanda bu gün doğulan körpələr nə itirir


Yeni dərs ili başlanır, arxiv fotosu
Yeni dərs ili başlanır, arxiv fotosu

Azərbaycan, Ekvador, Meksika və Tailand kimi ölkələrdə bu gün dünyaya gələn uşaqlara tam təhsil verilsəydi, sağlamlıqlarının qayğısına tam qalınsaydı, gələcəkdə 40% daha məhsuldar işçilərə çevrilərdilər. Mərakeşdə, Əl-Salvadorda, Tunisdə və Keniyada doğulan uşaqlarsa 50% daha məhsuldar ola bilərdilər.

Bunu Dünya Bankı bu gün açıqladığı İnsan Kapitalı İndeksində bildirir.

İndeksdə bildirilir ki, dünyada doğulan uşaqların 56 faizi həyatları boyu potensial qazanclarının yarıdan çoxunu itirəcəklər. Niyə?

Çünki hökumətlər hazırda əhalisinin səhhətinə, sağlamlığına səmərəli investisiya qoymur.

İnsan kapitalı – bilik, bacarıqlar və sağlamlıq 20-ci əsrdə bir çox ölkələrin, özəlliklə də Şərqi Asiya ölkələrinin davamlı iqtisadi artımında, yoxsulluğu azalda bilməsində əsas faktor olub.

***Buna da bax: Azərbaycan İnsan İnkişafı İndeksinə görə 80-cidir

İnsan Kapitalı İndeksi bu gün doğulan uşağın 18 yaşına çatanda əldə etdiyi insan kapitalını ölçür, onun yaşadığı ölkədə səhiyyə, təhsil riskləri nəzərə alınır.

Prezident İlham Əliyev Bakıda orta məktəb açılışında
Prezident İlham Əliyev Bakıda orta məktəb açılışında

Nələr öyrənilir:

Sağ qalmaq – Bu gün doğulan uşaqlar məktəb yaşına çatırmı?

Təhsil – Nə qədər təhsil ala bilirlər və nə öyrənirlər?

Sağlamlıq – Uşaqlar məktəbi sağlam bitirirlərmi, yetkinlik yaşına çatmış şəxs kimi əlavə təhsilə, yaxud işləmə hazırdılarmı?

İQTİSADİ İTKİLƏR

Beləliklə İnsan Kapitalı İndeksi bu gün doğulmuş körpənin gələcək işçi kimi məhsuldarlığını göstərir. Qiymətləndirmə 0-1 şkalası üzrə aparılır. 1 ən yaxşı göstəricidir.

***Buna da bax: Prezident təhsil keyfiyyətinin artdığını deyir. Bu belədirmi?

Məsələn, ölkə 0,5 bal toplayıbsa, bu o deməkdir ki, onun sakinləri və ölkə özü bütünlükdə gələcək iqtisadi potensialının yarısını əldə vermiş olur. 50 illik zaman kəsimi üzrə hesablayanda, bu, özünü dərin iqtisadi itkilərdə göstərir: ÜDM artımında 1,4 faizlik illik itki deməkdir.

Azərbaycan 157 ölkə içində 69-cu yerdədir. Qonşulardan Gürcüstan 61, Ermənistan 78, Rusiya 34, İran 71-ci pillədə qərarlaşıb.

Qabağa getməksə mümkündür, heç vaxt gec deyil. Məsələn, Polşa 1990-2015-ci illərdə təhsil islahatları gerçəkləşdirib və OECD ölkələri üzrə keçirilən PISA imtahanlarının göstəriciləri üzrə sürətlə irəliləyə bilib.

***Buna da bax: Azərbaycan beynəlxalq bilik qiymətləndirməsinə qatılmır

Vyetnam bu yaxınlarda OECD-nin orta PISA balı üzrə birinciliyi əldə edib.

Malavi 20 il ərzində cırtdanboyluluq göstəricilərini 20 faizədək azalda bilib və sairə.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG