Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Ermənistanda fransızdilli ölkələrin sammiti keçirilir


17-ci Frankofoniya sammiti başlanır
17-ci Frankofoniya sammiti başlanır

Oktyabrın 11-də Ermənistanın paytaxtı Yerevanda fransızdilli ölkələrin samiti başlanır. Fransa prezidenti Emmanuel Macron və Kanadanın baş naziri Justin Trudeau tədbirə qatılır.

Beynəlxalq Frankofoniya Təşkilatının üzvləri olan onlarla ölkənin liderləri və təmsilçiləri ikigünlük sammitdə iştirak edəcəklər. Bu tədbir hər iki ildən bir keçirilir.

1970-ci ildə yaradılmış Frankofoniyaya 274 milyon fransızdilli əhalini təmsil edən 58 dövlət və hökumət daxildir. Onların çoxu Afrikada yerləşir. Qurumun əsas missiyası fransız dilini beynəlxalq dil kimi təbliğ etmək, dünyaya mədəni və linqvistik fərqlilik yaymaqdır.

Baş nazir Nikol Pashinian həyat yoldaşı Anna Hakobian ilə sammit öncəsi keçirilən iqtisadi forumda, 10 oktyabr, 2018-ci il
Baş nazir Nikol Pashinian həyat yoldaşı Anna Hakobian ilə sammit öncəsi keçirilən iqtisadi forumda, 10 oktyabr, 2018-ci il

Ermənistan təşkilata 2004-cü ildə qoşulub. Fransa 500 min etnik erməni yaşayır. Belçika, İsveçrə, Kanada və digər Frankofoniya ölkələrində də böyük erməni icmaları mövcuddur.

Yerevanda Karen Demirchian idman və konsert kompleksində keçiriləcək sammitə Ermənistan prezidenti Armen Sarkisian və hökumət sədrlik edəcək. Ermənistanda 11-12 oktyabr qeyri-iş günləri elan olunub.

Populyar fransız müğənnisi Zaz da günün sonunda Yerevanın mərkəzindəki Respublika Meydanında baş tutacaq qala konsertdə çıxış edəcək.

Konsertin böyük hissəsi tanınmış fransız müğənni, erməni mühacirlərin oğlu Charles Aznavour-a həsr olunacaq. O, oktyabrın 1-də 94 yaşında dünyasını dəyişib.

Şərqi Avropa ölkələrindən Bolqarıstan, Makedoniya, Moldova və Rumıniya Frankofoniyanın üzvləridir.

Bosniya-Herseqovina, Gürcüstan, Kosovo, Monteneqro, Serbiya və Ukraynanın müşahidəçi statusu var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG