Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:31

AXCP: '3 fəal həbsdə karsa salınıb'


AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, həbsdəki 3 fəalı karsa (cərimə kamerası-r) salınıb.

Partiyandan AzadlıqRadiosuna verilən məlumatına görə, söhbət hazırda Kürdəxanıdakı təcridxanada saxlanılan Babək Həsənov, Ruslan Nəsirli Aqil Məhərrəmovdan gedir.

Onların 3 günlüyə karsa salınmaqla cəzalandırıldığı bildirilir. Yaxınları və partiyadaşları onlarla görüşə bilməyiblər.

Bundan əvvəl də onların yaxınları ilə görüşlərinə və telefon danışıqlarına icazə verilmədiyi açıqlanmışdı. Hətta bundan ötrü məhkəməyə də şikayət olunmuş, amma şikayətlər təmin edilməmişdi.

AXCP-dən bu dəfə deyilənlərin səbəbi ilə bağlı hər hansı izahat verilməyib.

Hələlik, AXCP-dən verilən bu açıqlamaya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və Kürdəxanıdakı təcridxanadan da münasibət öyrənmək mümkün olmayıb.

Məhbusun qardaşı: «Saleh Rüstəmov da karsa salınıb»

«AXCP-nin həbsdəki 3 üzvü yataq yerlərinin düzgün yığışdırılmaması adı ilə cərimə kamerasına salınıb».

Bunu həbsdə olan AXCP üzvü B.Həsənovun qardaşı Cavid Həsənov «Turan» agentliyinə deyib. Onun bildirməsinə görə, A.Məhərrəmov, R.Nəsirli və qardaşı oktyabrın 8-də cərimə kamerasına salınıblar.

«Bizə çatan məlumata görə, onların hər üçünü yataq yerlərini düzgün yığmamaq bəhanəsi ilə oktyabrın 8-dən 3 günlük cəzalandırıblar», - C.Həsənov deyib.

O, həmçinin cəbhəçilərlə eyni cinayət işi ilə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun da cəzalandırıldığını bildirib. C.Həsənovun sözlərinə görə, keçmiş icra başçısı da bir müddət əvvəl 3 günlük karsa salınıb.

Ancaq C.Həsənov S.Rüstəmov ilə bağlı əlavə məlumat verməyib.

Bu deyilənləri də rəsmi qurumlardan dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Penitensiar Xidmət, bir qayda olaraq, həbs yerlərində saxlanılan insanlarla qanunvericilik və daxili nizam-intizam qaydalarına uyğun davranıldığını bildirir.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış B.Həsənov bu il mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

İttihamlar sübuta yetirilərsə, onları əmlakları müsadirə edilməklə 12 ilə qədər həbs cəzası gözləyir. Cəbhəçilər ittihamı qəbul etmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG