Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:27

'Lifttəmir'in keçmiş direktoruna əlavə ittiham


Lift

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan «Lifttəmir» İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb.

«Report» xəbər verir ki, bunu bu gün, oktyabrın 9-da keçirdiyi mətbuat konfransında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev vurğulayıb ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Birliyin direktoru Q.Şükürov oktyabrın 5-də vəzifədən azad edilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi «Lifttəmir» İstehsalat Birliyində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdı.

Multimedia

XS
SM
MD
LG