Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:23

Qara Mustafayev vəfat edib


Q.Mustafayev

Biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) «Onurğalılar zoologiyası və bioekologiya» kafedrasının müdiri Qara Mustafayev 86 yaşında vəfat edib.

Bu məlumatı universitetin Biologiya fakültəsindən də təsdiqləyiblər.

Q.Mustafayev 1931-ci il dekabrın 25-də Kürdəmir rayonunda anadan olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. Elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini alıb.

Q.Mustafayev Azərbaycanda daha çox dövlət televiziyasında vaxtilə yayımlanan «Təbiəti sevənlər» verilişinin aparıcı kimi tanınıb. Ona insanlar, bir qayda olaraq, Qara müəllim kimi xitab ediblər.

XS
SM
MD
LG