Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:35

'Qarabağ' yenə uduzdu


Avropa Liqası Kuboku

Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində «Qarabağ» klubu İngiltərənin «Arsenal» klubunu qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmadan Ağdam təmsilçisi məğlub ayrılıb. Qarşılaşma 0:3 hesabı ilə London təmsilçisinin üstünlüyü ilə başa çatıb. Qonaqların heyətində Sokratis Papastatopulos (4-cü dəqiqə), Smit Rov (53-cü dəqiqə) və Metteo Qenduzi (80-ci dəqiqə) fərqləniblər.

Beləliklə, Azərbaycan çempionu qrupda ikinci məğlubiyyətini alıb. Bundan əvvəl «Qarabağ» Portuqaliyanın «Sportinq» klubuna səfərdə 2:0 hesabı ilə məğlub olmuşdu.

E qrupunun digər matçında Ukrayna «Vorskla»sı evdə Portuqaliyanın «Sportinq» kollektivini qonaq edib. Oyun lissabonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb

Bu nəticələrdən sonra «Arsenal» və «Sportinq» 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan «Vorskla» 3-cü, «Qarabağ» isə 4-cü pillədə qərarlaşır.

Multimedia

XS
SM
MD
LG