Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:09

30 ton bal yararsız sayılıb


Azərbaycanın bütün ballarının sərgi-satışı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycanın bütün ballarının sərgi-satışı (2017)

Bakıda keçiriləcək 19-cu arıçılıq məhsullarının sərgi-satış yarmarkasının hazırlıqları bitib.

Bu gün, oktyabrın 4-də təşkilatçılar yarmarkaya 150 ton süzmə bal qəbul edildiyini açıqlayıblar. Həmin məhsul 371 sahibkardan alınıb.

Yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılar Assosiasiyası birgə təşkil edir.

«Turan» agentliyinin xəbərinə görə, hazırlıq işlərinə həsr olunmuş mətbuat konfransında bildirilib ki, yarmarkaya arı məhsulları daha çox Astara və Aran iqtisadi rayonundan gətirilib.

Konfransda vurğulanıb ki, təqdim edilmiş 3 min 974 bal nümunəsi ekspertizadan keçirilib. Onlardan 900-ə yaxın nümunənin, təxminən 30 ton balın yararsız olduğunun müəyyən edildiyi vurğulanıb.

Ancaq həmin məhsulları təqdim edən təsərrüfatların adı açıqlanmır.

Xatırlatma

Arıçılıq məhsulları yarmarkası sabah, oktyabrın 5-də başlayacaq, ayın 28-dək davam edəcək.

Yarmarka Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində təşkil olunacaq.

Satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyət məsələsinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi məsuldur.

Bir kq balın qiyməti bazar qiymətinə uyğun 20-25 manata təklif edilməlidir.

Multimedia

XS
SM
MD
LG