Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:17

'AzerGold' Naxçıvanda qızıl axtarır


Qızıl

«AzerGold» Qapalı Səhmdar Cəmiyyəti (QSC) Naxçıvanda qızıl axtarışına çıxır.

Bu haqda AZƏRTAC-ın məlumatında bildirilir.

Məlumata görə, «AzerGold» Naxçıvan Muxtar Respublikasında yerləşən Ortakənd-Xanağa perspektivli sahədə 10 min metrədək buruq-qazma işləri aparacaq. Bu işlər sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi daşıyır.

Artıq qazma işləri ilə bağlı tenderin keçirildiyi, seçilmiş «AZ Dağ-Mədənistismar» Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) ilə müvafiq müqavilə imzalandığı bildirilir.

«AzerGold» bildirir ki, 2017-ci ilin son rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın «Geostudi Astier srl» geofizika şirkətinin texnoloji dəstəyi ilə yerüstü elektrik və maqnit kəşfiyyat işləri aparılıb, müsbət nəticələr əldə edilib. Kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlərinin qeydə alındığı bildirilir. Ortakənddə mis-porfir, Başkənd-Xanağada səpinti qızıl yataqları, Başkənddə mis, Ortakənd-Xanağada köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri, çıxışları qeydə alınıb.

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

«AzerGold» QSC bu günlər Balakəndəki Filizçay polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatların nəticələrini də açıqlamışdı.

İlkin hesablamalara əsasən, yatağın 23 illik istismarı, mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.

Xatırlatma

«AzerGold» QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

«AzerGold» QSC yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

«AzerGold» QSC bildirib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində qurum 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib.

Multimedia

XS
SM
MD
LG