Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:28

Ekstremizmə görə maddə yüngülləşdirilir


V.Putin

Rusiya prezidenti Vladimir Putin «nifrət və ədavət yaratmaq» maddəsinə görə cəzanın qismən yüngülləşdirilməsini təklif edib. Müvafiq qanun Dövlət Dumasına göndərilib.

Putin təklif edir ki, əməl bir dəfə törədilibsə və dövlət təhlükəsizliyinə təhdid yaratmırsa, şəxs 282-ci maddəylə cinayət məsuliyyətinə cəlb edilməsin. Prezidentin fikrincə, həmin maddənin tətbiqi heç də bütün hallarda əsaslandırılmış olmur. Hərçənd, il ərzində qanun təkrar pozulduğu halda şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu ilin avqustunda Barnaulda VKontakte sosial şəbəkəsində memlərə görə dörd cinayət işi qaldırılıb. Andrey Şaşerin, Anton Anqel, Mariya MotuznayaDaniil Markin nifrət və düşmənçilik yaymaqda, inanclıların hisslərini təhqir etməkdə ittiham olunurlar.

Rusiyada 2017-ci ildə sosial şəbəkələrdə bəyənmə və repostlara görə 461 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İyunun 7-də prezident Putin canlı yayımda bəyan etmişdi ki, bu cür hallarla bağlı situasiyanı absurda çatdırmaq lazım deyil.

XS
SM
MD
LG