Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:09

Məhkəmə Navalnının partiyasına 'yox' dedi


A.Navalnı

Məhkəmə oktyabrın 2-də Aleksey Navalnının tərəfdarlarının yaratdığı Gələcəyin Rusiyası Partiyasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması barədə qərarını haqlı çıxarıb. Bu barədə partiyanın hüquqşünası İvan Jdanov məlumat verib.

Ədliyyə Nazirliyi avqustun sonunda adıçəkilən partiyanın qeydiyyatdan keçmək müraciətinə rədd cavabı vermişdi. Qurum partiyanın qeydiyyat üçün lazım olan bütün sənədləri təqdim etmədiyini və başqa pozuntulara yol verdiyini bildirmişdi.

Navalnı özü isə nazirliyin rədd cavabını siyasi motivli sayır və bunu son bir neçə ildə hakimiyyətin onun müxtəlif adda partiya (Xalq Alyansı, Tərəqqi Partiyası, Gələcəyin Rusiyası) yaratmaq layihələrini qeydiyyatdan keçirməsinə əngəl törətməsi ilə əsaslandırır.

Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Navalnı özü hazırda həbsdədir. Moskvada keçirilən etiraz aksiyalarında iki qanunu pozmaq ittihamı ilə ona 50 sutkalıq həbs cəzası verilib.

XS
SM
MD
LG