Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 01:40

Qatarla toqquşmada daha bir nəfər ölüb


Qatar sərnişin dolu avtobusu vurdu
Gözlə

No media source currently available

0:00 0:10:45 0:00

Qatar sərnişin dolu avtobusu vurdu

Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Açıqlamada bildirilir ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunan Əlixan Şirəliyev idarə etdiyi «Daewoo» markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir ƏliyevYusif Dadaşzadə orada ölüblər.

Nəqliyyatda Baş Polis İdarəsi araşdırma aparır.

Bu açıqlamaya sürücü Ə.Şirəliyevdən münasibət almaq mümkün olmayıb. Onun saxlanıb-saxlanmadığı açıqlanmır.

5 nəfər reanimasiyadadır

«Oktyabrın 1-də Xəzər rayonuna aid Binə qəsəbəsində baş verən yol qəzasında xəsarət alanlardan 12 nəfəri Sabunçu rayonu 3 saylı xəstəxanada müalicə alır».

Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən bilgiyə görə, həmin 12 nəfərdən 5 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib, onlarında 2-sinin vəziyyəti ağırdır: «Həmin 5 nəfər - 2-si uşaq, 3-ü böyük olmaqla - bu gün əməliyyata alınacaq».

Nazirlikdən habelə deyilib ki, həmin qəzada xəsarət alanlardan 4 nəfər də Musa Nağıyev adına 1 saylı Xəstəxananın travmatologiya şöbəsində müalicəsini davam etdirir.

Xatırlatma

Oktyabrın 1-də Binə qəsəbəsində 160 saylı avtobus qatarla toqquşub. Yol qəzası nəticəsində 13-yaşlı bir məktəbli vəfat edib, 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

XS
SM
MD
LG