Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 00:55

Bu gün tibb üzrə Nobelin qalibi açıqlanacaq


Ötən il qaliblərin elan olunması mərasimi

Oktyabrın 1-də 2018-ci il Nobel mükafatlarının qaliblərinin açıqlanmasına başlanacaq.

Bu gün Karolinska İnstitutunda fiziologiya və tibb üzrə Nobelin qalibinin adı bilinəcək.

İsveç Kral Elmlər Akademiyası oktyabrın 2-də fizika üzrə, 3-də kimya üzrə Nobel qalibini elan edəcək.

Nobel Sülh Mükafatı qalibinin adı isə oktyabrın 5-də Norveç Nobel Komitəsi tərəfindən açıqlanacaq.

Oktyabrın 8-də İsveç Mərkəzi Bankı iqtisadiyyat üzrə Nobel qalibini bildirəcək.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilmir. Səbəb cinsi qısnama və maliyyə cinayətləri üzündən akademiyanın 18 üzvdən ibarət gizli paneli arasında kəskin fikir ayrılığının yaranmasıdır.

Üzvlərin ömürlük təyin olunmasına baxmayaraq yeddi üzv istefa verib.

XS
SM
MD
LG