Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Sentsov 4 aydan çoxdur aclıq edir


Sankt Peterburqda Oleh Sentsova dəstək aksiyası
Sankt Peterburqda Oleh Sentsova dəstək aksiyası

Rusiya həbsxanasında dörd aydan çoxdur aclıq edən ukraynalı kinorejissor Oleh Sentsov “qanunun və dəyərlərin vəhşi güc və yalan üzərində üstünlüyü”nün müdafiəçisidir. Bunu avropalı deputatlar deyirlər.

Avropa Parlamentində ən böyük siyasi qrup olan sağ-mərkəzçi Avropa Xalq Partiyası (EEP) bu il Sentsovun namizədliyini Saxarov Düşüncə Azadlığı Mükafatına irəli sürüb.

“SENTSOVU DƏSTƏKLƏMƏKLƏ...”

Parlamentari Eduard Kukan sentyabrın 27-də namizədin adını parlamentin xarici işlər və inkişaf komitələrinə təqdim edib. O deyib ki, Sentsov “səsinin eşidiləcəyi, dünyanın şərəf, həqiqət, azadlıq və demokratiya kimi dəyərləri anlayacağı” ümidilə aclıq aksiyasına qərar vermiş vicdan məhbusudur.

Krım sakini olan Sentsov Rusiyanın 2014-cü ildə yarımadanı ilhaq etməsinə qarşı çıxıb. O, terrorçuluqda təqsirləndirilərək 20 illik cəzaya məhkum edilib. İnsan haqları qrupları və qərb hökumətləri ittihamları siyasi motivli hesab ediblər.

Lvovda yazıçıların Sentsova dəstək aksiyası
Lvovda yazıçıların Sentsova dəstək aksiyası

Rusiyanın şimalındakı Yamalo-Nenets regionunda həbs cəzası çəkən Sentsov mayın 14-dən aclıq aksiyasına başlayıb. O, Rusiyadan siyasi məhbus saydığı 64 ukraynalını azad etməyi tələb edir.

Human Rights Watch insan haqları təşkilatı bu ayın əvvəlində Sentsovun vəkilinə istinadla bildirib ki, o, son iki ay ərzində səhhətində böhran yaranınca müəyyən qida əlavəsi qəbul etməyə razılaşıb.

“Oleh Sentsovu dəstəkləməklə biz universal demokratiya, insan haqları, hüququn aliliyi və fikir azadlığı prinsiplərimizə sadiq qalırıq”, – Kukan deyib.

SİYAHIDA DAHA KİMLƏR VAR

İndi parlament komitələri səkkiz namizəd içindən üçünün adı olacaqğı qısa siyahını seçməlidir. Onların içində suriyalı fotoqraf Caesar və türk əsilli almaniyalı vəkil Seyran Atesvar.

Qalibin adı oktyabrın 25-də açıqlanacaq, mükafat qalibə dekabrın 12-də təqdim olunacaq.

Saxarov mükafatı 1988-ci ildə Avropa Parlamenti tərəfindən yaradılıb, məqsəd insan haqları, fundamental azadlıqları müdafiə edən fərdləri və təşkilatları mükafatlandırmaqdır.

Sovet fiziki və dissidenti Andrei Sakharov adı verilmiş mükafatın dəyəri 50 min avrodur (58 min dollar).

İndiyədək bu mükafat Nelson Mandelaya, pakistanlı qızların təhsil hüququ uğrunda mübarizə aparan Malala Yousafzai-ya verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG