Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Şirvandakı hərbi zavodda yenə qəza olub


İki il əvvəl «Araz» zavodunda partlayışlar olmuşdu.

Bu gün, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan «Araz» zavodunda yanğın baş verib.

Nazirliyin məlumatında vurğulanır ki, zavodun 8-ci sahəsində kiçik yanğın hadisəsi olub. Yanğının sahədə yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində baş verdiyi bildirilir.

«Yanğını qısa müddətdə zavodun işçiləri daxili yanğınsöndürmə vasitələri ilə söndürüblər. Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib», - nazirlik qeyd edir.

Xatırlatma

İki il əvvəl, iyulun 26-da isə Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki «Araz» zavodunda partlayışlar və daha sonra isə yanğın olmuşdu.

Həmin vaxt iki nəfər həlak olmuş, 10-a yaxın şəxs xəsarət almışdı. Həmin hadisənin o vaxt zavoddaki tullantılarının utilizasiyası (təkrar emal) zamanı baş verdiyi açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG