Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:11

Birləşmiş Ştatlar Çinlə Rusiyanı qarşısına alır


Wang Yi

Birləşmiş Ştatlar BMT-də Şimali Koreyaya sanksiyaların yüngülləşdirilməsinə çağıran Çin və Rusiyanı qarşısına alıb.

Çinin xarici işlər naziri Wang Yi sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Şimali və Cənubi Koreyaların münasibətlərində son “müsbət dəyişikliklər” sanksiyaların müəyyən dərəcədə yüngülləşdirilməsinə aparmalıdır. Şura ötən il Pxenyana qarşı sanksiyalar tətbiq edib, məqsəd onu nüvə silahları proqramı üzrə danışıqlara məcbur etməkdir.

Rusiya da Çinin sanksiyalara yenidən baxmaq təklifini dəstəkləyib.

Amma ABŞ-ın dövlət katibi Mike Pompeo deyib ki, sanksiyalar Şimali Koreya nüvə silahlarından əl çəkmək yolunda konkret addımlar atana qədər qüvvədə qalmalıdır.

Çinlə Rusiya Şimali Koreyanın sanksiyalara əməl etdiyini deyir. Amma Pompeo qeyd edib ki, sanksiyalar dəfələrlə pozulub, Pxenyan bu il neft idxalına illik məhdudiyyəti aşıb, dənizdən gizli yolla neft transfer edib.

XS
SM
MD
LG