Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:52

Bölgələrdə İslam kolleclərinin açılacağı bildirilir


M.Qurbanlı

«Azərbaycanda orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də digər dinlər barədə də məlumatlı olmalıdırlar. Yaxın gələcəkdə «Həyat bilgisi» fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə, bu daha da genişləndiriləcək.

«Bəzi insanlar elə bilirlər ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Ancaq bu cür olmayacaq», - deyən M.Qurbanlı əlavə edib ki, Bakıda və digər bölgələrdə yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir.

«Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır», -deyə o vurğulayıb.

Komitə sədri Bakı İslam Universitetinin bağlanması haqqında yayılan məlumatlara da münasibət bildirib: «Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda oxuyan tələbələr təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib. Bu tələbələrin bəziləri də İlahiyyat İnstitutunda təhsillərini davam etdirəcəklər».

Xatırlatma

Bu il sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılışı olub. Həmin institutda islamşünaslıq və dinşünaslıq ixtisasları tədris olunacaq. 1992-ci ildən Bakı Dövlət Universitetində fəaliyyət göstərən ilahiyyat fakültəsi də Aİİ-yə birləşdirilib.

Aİİ-nin fəaliyyətə başlaması ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərmiş Bakı İslam Universitetinə qəbul dayandırılıb. Bu il həmin universitetə daxil olmuş tələbələrin başqa ali təhsil müəssisələrinə köçürüldüyü bildirilir. BİU-ya qəbulun dayandırılmasını QMİ-dən İlahiyyat İnstitutunun yaradılması və sentyabrın əvvəlindən fəaliyyətə başlaması ilə izah ediblər.

İki il əvvəl Azərbaycan qanunvericiliyinə edilən dəyişiklikdən sonra xaricdə dini təhsil alan şəxslərə ölkə daxilində dini mərasim aparmağa qadağa qoyulurdu. Dəyişikliyə görə, ölkədə dini yerlərdə çalışan şəxslər Azərbaycan vətəndaşı olmalı, eyni zamanda, onlar dini təhsillərini xaricidə almamalı idilər. Ötən il qanunvericilik bu baxımdan bir qədər yumşaldılıb. İndi istisna kimi QMİ müsbət rəy verdiyi halda, xaricdə dini təhsil alanların Azərbaycanda işləməsinə icazə verilir.

Multimedia

XS
SM
MD
LG