Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 11:23

Azərbaycan və Rusiya prezidentləri təklikdə görüşüb


V.Putin

Bu gün, sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşün detalları, hələlik, açıqlanmır.

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan və Rusiya dövlət başçıları da mərasimdə iştirak ediblər.

Azərbaycan, Rusiya və Monqolustan prezidentləri Bakıda cüdo izləyir

Bakıda cüdo üzrə Dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva, ailə üzvləri, Rusiya prezidenti Vladimir Putin, Monqolustan dövlət başçısı Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

Rusiya prezidenti bu gün, sentyabrın 27-də, Monqolustan dövlət başçısı isə sentyabrın 24-də Azərbaycana gəlib.

Bakıda cüdo üzrə dünya çempionatı sentyabrın 20-də başlayıb.

Cüdo üzrə Dünya çempionatı bu yarışların tarixində ilk dəfə olaraq Azərbaycanda keçirilir. Yarışa 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılıb.

Putin Azərbaycana gəlib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının prezidenti V.Putini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Verilən məlumata görə, V.Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Hər iki prezidentin IX Rusiya-Azərbaycan Regionlararası Foruma qatılacağı bildirilir.

XS
SM
MD
LG