Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Azərbaycanda 760 Rusiya şirkəti fəaliyyətdədir


Ş.Mustafayev

«Hazırda Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir».

AZƏRTAC-ın məlumatına görə, bu barədə sentyabrın 27-də Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının Bakıda keçirilən iclasında iqtisadiyyat naziri Şahin Mustafayev danışıb.

Məlumata görə, nazir qeyd edib ki, Rusiya Azərbaycanın əsas tərəfdaşlarındandır: «Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb».

Azərbaycanın 8 dövlət layihəsində Rusiya şirkətləri

Rusiya Federasiyasının şirkətləri Azərbaycanın 8 dövlət layihəsində podratçı qismində iştirak edirlər.

AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 27-də Kiçik və Orta Biznes Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində «Kiçik və orta biznes sahəsində əməkdaşlıq» mövzusunda təşkil olunan dəyirmi masada danışıb.

O.Məmmədov deyib ki, Azərbaycanda Rusiya kapitallı 759 şirkət qeydiyyatdan keçib. Onlar sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, nəqliyyat və kənd təsərrüfatı sahələrində təmsil olunurlar.

Bu gün, sentyabrın 27-də Bakıda Azərbaycan-Rusiya IX Regionlararası Forum öz işinə başlayıb. Bununla bağlı Rusiya prezidenti V.Putin Bakıya qısa müddətli səfər edib.

Multimedia

XS
SM
MD
LG