Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:12

Şəhər rəhbərliyi mitinqə razılıq verib


Bakı Şəhər İcra Hakimiyyəti

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Azadlıq Təşkilatı (QAT) və bəzi siyasi-ictimai xadimlərin mitinq müraciətinə müsbət cavab verib.

Bu haqda təşkilatçılardan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Onun deməsinə görə, mitinqin keçirilməsində məqsəd Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin 20 faizini Ermənistanın işğalı altında saxlamasına etiraz etməkdir.

Təşkilatçılar mitinqlə bağlı ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdi. Bu gün, sentyabrın 26-da BŞİH mitinqə icazə verib.

Aksiyada «Qarabağa azadlıq!» və başqa şüarların səsləndiriləcəyi gözlənir.

Mitinq sentyabrın 29-da keçirilməlidir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG