Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Nazir ABŞ Dövlət katibinin köməkçisi ilə görüşüb


E.Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu-Yorkda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Mitçell ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilir.

Açıqlamada vurğulanır ki, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

XİN bildirir ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

BMT Baş Assambleyasının sessiyası sentyabrın 18-də başlayıb. Sülh, təhlükəsizlik və beynəlxalq hüquq məsələlərinin müzakirə olunduğu sessiyanın sentyabrın 28-nə kimi davam edəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG