Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Azərbaycan-Rusiya Forumu keçiriləcək


Biznes

Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu gözlənir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, forum sentyabrın 27-də gerçəkləşəcək. Onu iki ölkənin İqtisadiyyat Nazirlikləri təşkil edəcək.

İki gün davam edəcək forumda Azərbaycan və Rusiya rəsmiləri, deputatlar, sahibkarların iştirakı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi forumun gündəliyini də açıqlayıb. Tədbir çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniştərkibli iclası olacaq. Bundan başqa sənaye, energetika, turizm, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, tranzit və humanitar sahələrdə əməkdaşlığa dair dəyirmi masaların, plenar iclasın keçirilməsi planlaşdırılır.

Rusiya nümayəndə heyətinin forum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacağı da bildirilir.

Xatırlatma

2017-ci ildə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2.5 milyard dollara çatıb. Azərbaycan bazarında bu iki ölkəyə məxsus 700 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır, onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb.

Multimedia

XS
SM
MD
LG