Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:11

Ramil Usubov İrana gedib


R.Usubov

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bu gün, sentyabrın 24-də İrana gedib.

AZƏRTAC-ın məlumatına görə, nazir səfər çərçivəsində İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığı və beynəlxalq terrorçuluqla birgə mübarizə məsələləri müzakirə edilib.

R.Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşlərinin nəzərdə tutulduğu bildirilir.

Multimedia

XS
SM
MD
LG