Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Rusiya Julian Assange-nı 'qaçırmaq istəyib' – Qərb mediası


Julian Assange Ekvador səfirliyinin eyvanında çıxış edir
Julian Assange Ekvador səfirliyinin eyvanında çıxış edir

Rusiya rəsmiləri Julian Assange-nı Ekvadorun Londondakı səfirliyindən qaçırmaq üçün onun köməkçiləri ilə danışıqlar aparıb. Bu haqda “The Guardian” qəzeti yazıb.

İddiaya görə, WikiLeaks-in yaradıcısı səfirlikdən diplomat maşınından çıxacaq, başqa bir ölkəyə aparılacaqdı.

Mənbələrin deməsinə görə, bu planın ötən il Milad bayramında gerçəkləşdirilməsi planlaşdırılıb, amma riskli hesab olunduğu üçün dayandırılıb.

Rusiyanın Londondakı səfirliyi diplomatlarının belə bir planda iştirakını danıb.

Böyük Britaniyanın Xarici İşlər İdarəsi ötən dekabrda Ekvador rəsmilərinə bildirib ki, Assange-nı diplomat kimi qəbul etmir və ona görə də “Vyana Konvensiyasının imtiyazları” ona aid deyil, ölkədən çıxışına da icazə verilə bilməz.

Ekvador səfirliyi yanında Assange-na azadlıq tələbi yazılmış plakat
Ekvador səfirliyi yanında Assange-na azadlıq tələbi yazılmış plakat

WikiLeaks-in yaradıcısı son altı ildə Ekvador səfirliyinə sığınıb, bu yolla Britaniya hakimiyyəti tərəfindən həbsdən yayınıb. O, zaminlik qaydasını pozmaqda, məhkəməyə getməməkdə suçlanıb. Ekvador ötən il ona vətəndaşlıq da verib.

Ötən həftənin əvvəlində isə “Associated Press” 2010-cu ildə yazılmış məktub aşkarlayıb. Həmin məktubda Assange Londondakı Rusiya səfirliyindən viza istəyib.

WikiLeaks Assange-nın bu viza üçün heç vaxt müraciət etmədiyini bildirib.

2017-ci ildə ABŞ kəşfiyyat agentlikləri Rusiyanın WikiLeaks vasitəsilə Demokrat Partiyasının aparıcı üzvlərinin elektron yazışmalarını yaydığını açıqlayıblar.

Bu ilin iyulunda xüsusi prokuror Robert Mueller deyib ki, rusiyalı hakerlər demokrat Partiyasının emaillərini WikiLeaks-ə göndəriblər.

İran rejimi ‘devriləcək’

Ərəb separatçılarının İranın cənub-qərbində azı 25 nəfəri öldürdüyü gün ABŞ prezidenti Donald Trump-ın vəkili Nyu Yorkda deyib ki, İran hökuməti devriləcək.

Rudy Giuliani
Rudy Giuliani

“Onları nə vaxt devirəcəyimizi bilmirəm. Bu, bir neçə gün də çəkə bilər, aylar da, illər də, amma baş verəcək. Onlar devriləcəklər. İran xalqının bu qədər çəkdiyi yetər”, – Nyu Yorkun keçmiş meri Rudy Giuliani ötən şənbə – sentyabrın 22-də deyib.

“The Associated Press” agentliyi yazır ki, İranın şiə teokratiyası üçün bu cür bəyanatlar yalnız bir məsələ sarıdan qorxunu artırır – Amerika və onun Körfəz müttəfiqləri İslam Respublikasını parçalamaq istəyir.

Düzdür, indiyədək bu hədələr hərbi qarşıdurma, yaxud zorakılıqla sonuclanmayıb, amma risk artmaqdadır.

“Şübhəsiz, İran İslam Respublikası bu cinayəti gözardı etməyəcək. Bunu kimin etdiyi, hansı qruplaşma olduğu, kimə bağlılığı bizə tamamilə aydındır”, – İran prezidenti Hassan Rouhani Nyu Yorka BMT Baş Assambleyasının iclasına yola düşməzdən öncə xəbərdarlıq edib.

Hassan Rohani aeroportda jurnalistlərə danışır
Hassan Rohani aeroportda jurnalistlərə danışır

“Regiondakı bütün kiçik muzdlu ölkələri Amerika dəstəkləyir. Onları qızışdıran, bu cinayətləri törətmək üçün gərəkən vəsaitlə təmin edən amerikalılardır”, – o deyib.

Afentlik yazır ki, ölkələr arasında gərginliyin püskürməsi daha real görünür. Müəllif yazır ki, ötən dövrdə regionda və Birləşmiş Ştatlarda siyasət dəyişib.

ABŞ-ın yeni administrasiyası kimi, Körfəz ölkələri də İranla bağlı daha sərt yanaşma tutmağa başlayıblar.

ABŞ-ın indiki milli təhlükəsizlik müşaviri John Bolton 2017-ci ilin iyulunda iranlı mühacirlərin qarşısında deyirdi ki, “Tehrandakı molla rejiminin devrilməsi ABŞ-ın siyasəti olmalıdır. Rejimin davranışı və hədəfləri dəyişən deyil, yeganə həll yolu rejimin özünü dəyişməkdir”.

ABŞ Suriyadakı kimyəvi silahlara görə Rusiyanı məsul tuta bilər

Suriya prezidenti Bashar al-Assad yenidən kimyəvi silahlara əl atsa, Trump administrasiyası Rusiyanı məsul tuta bilər. Bunu ABŞ dövlət katibi Mike Pompeo NBC televiziyasının bazar günü efirə verdiyi müsahibəsində deyib.

Mike Pompeo və BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura
Mike Pompeo və BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura

“Belə bir fəaliyyət baş versə, onu təhlil etməli olacağıq. Dua edirik ki, baş verməsin”, – Pompeo vurğulayıb.

“Öz kəşfiyyat, ekspertiza işimizi görəcəyik. Çox işləyəcəyik. Bu fundamental prinsipi pozmağa görə məsuliyyət daşıyanlardan hesabat istəyəcəyik. Kimyəvi silahlar silah sistemlərinin digər növlərindən tamamilə fərqlənən silahlardır”, – dövlət katibi söyləyib.

Ötən həftə ABŞ Çinin hərbi qurumuna Rusiyadan hərbi avadanlıq almaq iddiasıyla sanksiya tətbiq edib. Trump administrasiyası Rusiyadan 33 fərdi və şirkəti də qara siyahıya salıb, onların beynəlxalq miqyasda biznes qurmaq qabiliyyətini məhdudlaşdırıb.

“Prezident kimyəvi silahların dünyada bir normaya çevrilməsinə icazə verməmək məsələsində çox ciddidir”, – Pompeo deyib.

XS
SM
MD
LG