Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:24

Seçkidə Pashinian tərəfdarları önə çıxır


Ermənistanda seçki
Ermənistanda seçki

Yerevanda şəhər şurası seçkisinin ilkin nəticələrinə görə, baş nazir Nikol Pashinian-ın dəstəklədiyi alyans öndədir. Bu, Ermənistanın yeni siyasi liderinin gücü üçün ilk böyük sınaq sayılırdı.

Mərkəzi Seçki Komissiyasının sentyabrın 24-də erkən açıqladığı məlumatda bildirilir, seçki məntəqələrinin 15 faizindən çoxunda bülletenlər sayılıb, “Mənim Addımım” alyansı səslərin 80,73 faizini toplayıb.

TSARUKİAN-IN PARTİYASI 2-CİDİR

Paytaxt Yerevanda seçicilər Ağsaqqallar Şurasının 65 üzvünü seçirdilər. Respublikaçı Partiyasından Taron Markarian yeddi il mer postunda qalandan sonra, iyulda istefa vermişdi. Keçmiş hakim partiya seçkiyə getməyib.

***Buna da bax: Yerevanda şəhər şurası və mer seçkisi keçirilir

Yerevanda ölkə əhalisinin təxminən yarısı yaşayır.

Pashinian mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Onun populyarlığının kökündə antikorrupsiya və iqtisadi islahatları dayanır.

Baş nazir Nikol Pashinian
Baş nazir Nikol Pashinian

Müxalifət illər boyu seçkilərin hakim partiyanın xeyrinə saxtalaşdırılmasından şikayətlənib.

“Mənim Addımım” alyansının əsas rəqibi varlı biznesmen Gagik Tsarukian-ın Çiçəklənən Ermənistan Partiyasıdır (BHK), indilik 7,22 faiz səs yığıb və bu, siyasi partiyaların şuraya daxil olmaq üçün gərəkən 6 faizlik baryerdən çoxdur.

BHK-nın siyahısının başında deputat Naira Zohrabian gəlir.

Hazırkı ədliyyə naziri Artak Zeynalian-ın Luys alyansı 5,08 faizlə üçüncü yerdədir. Siyasi alyanslar şəhər şurasına üzv olmaqdan ötrü 8 faizlik baryeri keçməlidirlər.

AZI 3 FRAKSİYA OLMALIDIR

Ermənistan qanunvericiliyinə görə, şəhər şurası azı 3 fraksiyadan ibarət olmalıdır. Əgər yetərli səsi yalnız bir fraksiya toplayarsa, ikinci və üçüncü yeri tutanlar şuraya buraxılacaqlar, hətta baryeri aşa bilməsələr belə.

Seçkiyə getmiş digər doqquz siyasi partiya və alyans 1 faiz civarında səs toplayıblar. Ermənistan İnqilabçı Federasiyasi da bu sıradadır.

Qalib partiya, yaxud blokun əsas namizədi avtomatik olaraq Yerevanın meri postuna keçəcək. Pashinian-ın dəstəklədiyi alyansın siyahısına populyar aktyor və prodüser Hayk Marutian başçılıq edir.

Sentyabrın 23-də AzadlıqRadiosu-na müsahibəsində MSK sədri Tigran Mukuchian deyib ki, Yerevanda seçki məntəqələrində “ümumilikdə sakit atmosfer” hökm sürür.

Polis seçkidə iddia olunan pozuntularla bağlı 84 siqnal aldığını deyir. Bəzi hallarda səslərin alınması, seçki komissiyası üzvlərinin işinin əngəllənməsi, təkrar səsverməyə cəhd olunduğu bildirilir. Polis 18 hal üzrə araşdırma aparıldığını deyir.

XS
SM
MD
LG