Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Yerevanda şəhər şurası və mer seçkisi keçirilir


Nikol Pashinian səs verir. 23 sentyabr,Yerevan
Nikol Pashinian səs verir. 23 sentyabr,Yerevan

Ermənistanda sentyabrın 23-də Yerevan şəhər şurasına(Ağsaqqalar şurası) seçki keçirilir.

Bu indiki baş nazir Nikol Pashinianın hakimiyyətə gəlməsindən sonra ölkədə keçirilən ilk seçkidir.

AzadlıqRadiosu erməni xidmətinin Mərkəzi seçki komissiyasına istinadla verdiyi məlumata görə, yerli vaxtla saat 14:00-dək 23 faizdən çox seçici səs verib.

Seçkiləri 1 beynəlxalq təşkilat, 662 yerli müşahidəçi və qonaq kimi 11xarici vətəndaş izləyir.

Həmçinin seçkini 44 yerlivə 5 xarici kütləvi informasiya vasitəsi işıqlandırır.

Seçkidə 12 partiya və seçkiqabağı blok mübarizə aparır.

Yerevanda seçki
Yerevanda seçki

Seçkidə səslərin yarıdan çoxunu toplayan udan siyasi qüvvənin namizədi birbaşa Yerevan meri olacaq.

Əgər tərəflərdən heç biri bunun üçün lazım olan səsi toplaya bilməsələr, onda mer şəhər şurasında gizli səsvermə ilə seçiləcək.

Şuranın 65 üzvü olacaq.

Qeydiyyata alınmış seçicilərin sayı 848343 nəfərdir.

Səsvermə yerli vaxtla axşam saat 20-dək davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG